Tanınmış hüquqşünas Aslan İsmayılov Moderator.az - a açıqlamasında AzTV sədri Arif Alışanovun professor Qulu Məhərrəmlini məhkəməyə verməsinə münasibət bildirib.xa0
A. İsmayılov bildirib ki, tanıdığı qədər Qulu Məhərrəmli tanınmış jurnalistdir, cəmiyyətdə hörmətə malikdir:xa0
“AzTV ölkənin birinci kanalı olsa da ona baxan yoxdur, sadəcə orada milyonlar yeyilir. AzTV-nin sədri Arif Alışanovu isə kassir kimi tanıyıram, onun jurnalistikaya heç bir aidiyyatı yoxdur. Ona görə də hesab edirəm ki, AzTV-nin başında jurnalist dursaydı o başa düşərdi ki, tanınmış jurnalisti, yaxud xa0da hansısa bir mətbuat orqanını fikir yürütdüyünə görə məhkəməyə verməzlər. Alışanov kassir olduğuna görə belə məsələləri bilməz”x9d.
Xatırladaq ki, sabah saat 9. 30-da Yasamal Rayon Məhkəməsində növbəti proses keçiriləcək. Arif Alışanov Qulu Məhərrəmlinin həbs olunması və 100 min manat təzminat ödəməsi tələbi ilə məhkəməyə müraciət edib.xa0































































































