Bakı şəhərində 20 nömrəli məktəb-liseydə zəhərlənmə hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyində fəaliyyət göstərən Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasında müalicə alan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında bildirilir.
Xatırladaq ki, aprelin 6-da Bakı şəhəri 20 nömrəli məktəb-liseyin bufetində toyuq əti yeyən uşaqlarda qarın ağrısı əlamətləri müşahidə olunub. Məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım çağırılıb, şagirdlər dərhal müvafiq səhiyyə müəssisəsinə çatdırılıb.
Hadisə ilə bağlı Yasamal rayon Prokurorluğunda araşdırma aparılır.
Bizim.Media