“Ölkəmizin qarşısında təbii irsin və bioloji müxtəlifliyin qorunmasında böyük cağırışlar durur. Bunlar 44 günlük Vətən Müharibəsindən sonra azad edilmiş ərazilərdə aparılan bərpa işləridir”.
Bizim.Media xəbər verir ki, bu fikirləri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində çıxışı zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
ADA-da TÜRKSOY-a üzv ölkələrin iclası keçirilir – FOTO
“İşğaldan azad edilmiş ərazilərdə nəinki mədəni irs nümunələrinə, abidələrə və məscidlərə ziyan dəymiş, əksəriyyəti yerlə-yeksan edilmiş, həmçinin ölkəmizin təbii irs nümunələrinə bərpası qeyri-mümkün olan ziyan vurulub.
Bu ərazilərdə təbiət abidəsi statuslu, yaşı 2500 ildən artıq olan ağaclar kəsilmiş və ya yandırılıb.
Qarabağ zonasında mövcud olan paleontoloji abidələr dağıdılıb və qiymətli meşə əraziləri məhv edilib. Məhz buna görə bu ərazilərdə bərpa tədbirlərinin həyata keçirilməsi əsas prioritet fəaliyyət istiqamətlərimizdən biridir”, - deyə nazir əlavə edib.
Ziya Hikmətoğlu, Bizim.Media