“Hirkan meşələri UNESCO-nun Təbii İrs Siyahısına daxil edilə bilər” – Muxtar Babayev 

Hazırda oxunan: “Hirkan meşələri UNESCO-nun Təbii İrs Siyahısına daxil edilə bilər” – Muxtar Babayev 

129405

“Geniş coğrafiyada yerləşən türk dövlətlərinin zəngin təbii irsinin movcudluğu və bu sahədə birgə fəaliyyətin aparılması TÜRKSOY-u beynəlxalq miqyasda təbii irsimizin qorunmasında əsas təşkilatlardan biri edir”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində çıxışı zamanı deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

ADA-da TÜRKSOY-a üzv ölkələrin iclası keçirilir – FOTO


“Hirkan meşələri Xəzər dənizinin cənub-qərb və cənub sahillərini əhatə edən meşə massividir. Bu meşələr Pleistosen dövründə buzlaşmaya məruz qalmış və planetimizdə öz unikallığını qoruyub saxlaya bilən nadir ekosistemlərdən biridir.

Bu baxımdan qədim relikt növlərlə zəngin olan Hirkan meşələrinin xüsusiyyətləri nəzərə alınaraq UNESCO-nun Təbii İrs Siyahısına daxil edilməsi təklif edilmişdir. 

Bu məqsədlə hazırlanmış nominasiya sənədinə əsasən Hirkan Milli Parkının daxilində ümumi sahəsi 24 min hektar olan 3 ərazi əsas götürülməklə transmilli “Hirkan meşələri” nominasiyası hazırlanmış və 2022-ci ilin sonunda UNESCO-nun Ümumdünya İrs Komitəsinə təqdim edilmişdir”, - deyə nazir əlavə edib. 

Ziya Hikmətoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin