Macarıstanda fəaliyyət göstərən "Qardaşlıq" Macar-Azəri Birgə Dostluq Cəmiyyəti və Azərbaycan Evi ölkənin dövlət qurumlarını 29 il öncə baş vermiş Xocalı soyqırımını rəsmən tanımağa çağırıb.
MÖVZU İLƏ BAĞLI:
“Xocalı abidəsi”nin ətrafına 70 mindən çox gül əkilib - Ziyarətə icazə verildi - RƏSMİ
Diapsorla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya bildirilib ki, Macarıstan parlamentinə və Xarici işlər nazirliyinə ünvanlanan bəyanatda bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri 366-cı motoatıcı alayın hərbçilərinin köməyilə Avropanın bir hissəsi olan Azərbaycan ərazisində Xocalı soyqırımını törədiblər və Avropa dəyərlərini, insan hüquqlarını kobudcasına tapdalayıblar:
"Xocalı əhalisi hərbi toqquşma zamanı deyil, əvvəlcədən düşünülmüş və planlaşdırılmış etnik təmizləmənin nəticəsində qətlə yetirilib. Xocalı soyqırımı zamanı insanlar xüsusi vəhşiliklə öldürülüb, meyitlər təhqirə məruz qalaraq, tanınmaz hala salınıb".
Qeyd edilib ki, Xocalıda mülki əhaliyə qarşı törədilmiş qırğında soyqırım cinayətinin elementlərinin mövcudluğu müəyyən edilib və bu kütləvi qırğını törədənlərin hələ də məsuliyyətə cəlb olunmaması gələcək cinayətlər üçün münbit zəmin yaradır:
"Bu cür dəhşətli cinayətlərin təkrarlanmaması naminə Xocalıda baş verənlər Soyqırımı kimi qəbul edilməli və cinayətkarlar məsuliyyətə cəlb olunmalıdırlar".
Bizim.Media