Söhrab Tahirin ayağı amputasiya edildi

Hazırda oxunan: Söhrab Tahirin ayağı amputasiya edildi

129372
Azərbaycan xalq şairi Söhrab Tahir xəstəxanaya yerləşdirilib, onun bir ayağı amputasiya edilib.

Bu barədə Report-a AYB sədrinin müşaviri Rauf Aslanov məlumat verib.

R.Aslanov şairin hazırda reanimasiya şöbəsində olduğunu deyib: "Görkəmli xalq şairimiz Söhrab Tahirin vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq, şair xəstənaya yerləşdirilib. Martın 30-da Söhrab Tahirin üzərində cərrahiyyə əməliyyatı aparılıb. Əməliyyat nəticəsində onun bir ayağı dizdən yuxarı amputasiya edilib. Ağır əməliyyat keçirən şairin vəziyyəti hazırda qənaətbəxşdir".

Qeyd edək ki, Söhrab Tahir 1926-ci ilin martında (rəsmi sənədlərdə avqustun 6-sı yazılıb) Cənubi Azərbaycanda anadan olub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin