Qubada Vətən Müharibəsi şəhidi Aqil Məlikovun anım mərasimi KEÇİRİLDİ - FOTO 

Hazırda oxunan: Qubada Vətən Müharibəsi şəhidi Aqil Məlikovun anım mərasimi KEÇİRİLDİ - FOTO 

129352

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında Vətən Müharibəsi şəhidi Aqil Məlikovun anım mərasimi keçirilib. 

Şəhidin 37 yaşının tamam olması ilə əlaqədar keçirilən "Hər nə olsa şərəfimdir" adlanan tədbir Quba filialının təşkilatçılığı ilə baş tutub. 

Əvvəlcə dahi şəxsiyyət Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Quba İcra Hakimiyyətinin başçısının müavini Səidə Abasova, DTX-nin rayon şöbəsinin rəisi, rayon prokuroru, şəhid ailələrinin nümayəndələri, şəhid Aqil Məlikovun ailə üzvləri, filialın müəllim və tələbə kollektivi iştirak ediib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru Yusif Alıyev tədbiri giriş sözü ilə açaraq Vətən Müharibəsi şəhidi, kapitan Aqil Məlikovun xatirəsini anmağın onların hər birinin borcu olduğunu deyib.  

Şəhid Aqil Məlikovun həyat yoldaşı, filialın işçisi Günel Məlikli, qızı Xədicə Məlikli və atası Niyaz Məlikov şəhidlə bağlı xatirələrini dilə gətirib, tədbirin təşkilatçılarına minnətdarlıq ediblər.  

Qeyd edək ki, Vətən Müharibəsi şəhidi, kapitan Aqil Məlikov 2020-ci il sentyabr ayının 27-də Füzuli rayonunun Qaraxanbəyli kəndi ərazisində silahdaşları ilə 3 kəndi və 7 postu azad edərkən qəhrəmancasına şəhid olub.

Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bir neçə döyüş medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilən Aqil Məlikov doğulduğu Qubanın Alpan kənd məzarlığında uyuyur.  

Aytəkin Alxaslı,  Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin