Paytaxtda QƏTL: Ər və arvad SAXLANILDI  

Hazırda oxunan: Paytaxtda QƏTL: Ər və arvad SAXLANILDI  

129314

Yeni Günəşlidə qəsdən adam öldürməkdə şübhəli bilinən ər və arvad saxlanılıb. 

Bu barədə Bizim.Media-ya Suraxanı rayon prokurorluğundan məlumat verilib. 

Bildirilib ki, aprelin 6-sı saat 17 radələrində paytaxtın Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən mənzillərdən birində 1970-ci il təvəllüdlü Müşfiq Rəcəbovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

İlkin araşdırma zamanı zərərçəkmiş şəxsin 1984-cü il təvəllüdlü Samir Kərimov və 1979-cu il təvəllüdlü Sevda Kərimova tərəfindən küt alətlə xəsarətlər yetirilməklə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib. 
Fakta görə Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Samir Kərimov və arvadı Sevda Kərimova iş üzrə şübhəli şəxs qismində saxlanılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin