Günbəgün artan avtobus qəzalarının SƏBƏBLƏRİ – BNA da problemi ETİRAF ETDİ

Hazırda oxunan: Günbəgün artan avtobus qəzalarının SƏBƏBLƏRİ – BNA da problemi ETİRAF ETDİ

129294

Avtobus qəzalarının sayı günbəgün artır. Demək olar ki, hər gün hansısa marşrut üzrə hərəkət edən avtobusun qəza törətdiyini eşidirik. Ən pisi də odur ki, törədilən qəzalarda günahkar çox zaman avtobus sürücüləri olur. 

Apardığımız müşahidələr zamanı aydın olub ki, şəhərətrafı işləyən marşrut abtobuslarının sürücüləri bir çox hallarda əksər təhlükəsizlik tədbirlərinə, müvafiq tələblərə riayət etmir. Xüsusi geyimdə olmur, siqaret çəkir, ən əsası davamlı olaraq telefonla danışırlar. 

Təbii ki, telefon danışıqları qəza üçün başlıca zəmini hazırlayan faktorların başında gəlir.

Məsələ ilə bağlı nəqliyyat üzrə ekspert  Eldəniz Cəfərovun mövqeyini öyrəndik. 

Ekspert Bizim.Media-ya açıqlamasında bildirdi ki, hazırda naviqasiya proqramlari smartfonlarda aktivdir:
 

MÖVZU İLƏ BAĞLI:

Bakının köhnə avtobus dərdi BİTİR – 6 ayda 50 marşrut müsabiqəyə ÇIXARILIB


“Həm də “Whatsapp” və “TikTok” kimi ünsiyyət və əyləncə tətbiqləri də bu gün populyardır.  Təbii ki,  smartfonlar sürücülərin diqqətini daha çox yayındırır. Diqqəti yayınmasa da, bu hal qəzaya səbəb olur. Bu adi insan məsuliyyətsizliyidir”.

Məsələyə Bakı Nəqliyyat Agentliyinin də münasibətini öyrəndik. Qurumdan Bizim.Media-ya bildirilib ki, sürücülərin telefonla danışmaları ilə bağlı faktlar var:

“Buna qarşı tədbirlər görülür. Daha ətraflı yaxın günlərdə yazılı məlumat verəcəyik”.

Mövzunu diqqətdə saxlayacağıq.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin