“Koroğlu”dakı sıxlığın SƏBƏBLƏRİ – Metropoliten vətəndaşları, ekspert isə qurumu İTTİHAM ETDİ

Hazırda oxunan: “Koroğlu”dakı sıxlığın SƏBƏBLƏRİ – Metropoliten vətəndaşları, ekspert isə qurumu İTTİHAM ETDİ

129287

Metropolitenin bir sıra stansiyalarında əhalinin sıxlığı müşahidə edilir ki, bu da insanların normal hərəkətinə əngəl olur. 

Bu baxımdan, xüsusilə ağır vəziyyət metronun “Koroğlu” stansiyasında müşahidə olunur. Pik saatlarda “Koroğlu”dan nəinki vaqonlara minmək, stansiyaya daxil olmaq belə müşkülə çevrilir.

Bakı Metropoliteninin sədr müavini Hidayət Məmmədov Koroğlu stansiyasındakı sıxlığı manatlıq taksilər və sərnişinlərin öndəki vaqonlar qarşısında toplanması ilə əlaqələndirib. 

Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, “Koroğlu” stansiyasında sıxlığın aradam qaldırılması üçün girişlərin sayı artırılmalıdır:
 

MÖVZU İLƏ BAĞLI:

Qatarların “Bakmil” stansiyasına hərəkət cədvəli dəyişdirildi


“Azərbayanda infrastruktur problemlərilə bağlı problemlər yaşanan kimi əlaqədar dövlət qurumları məsuliyyəti öz üzərlərindən atmaq üçün daha çox vətəndaşları, digər qurumları, nəqliyyat iştirakçılarını günahkar çıxarmağa çalışırlar.

Əslində isə həmin qurumların işlərinə məsuliyyətli yanaşılsa, bir çox problemlərin həllinə nail olmaq olar. 

“Koroğlu” metrosu Bakı ətrafı kənd və qəsəbələrdə yaşayan 10 minlərlə insanın ilk dayanacağıdır. Metronun digər stansiyalarına giriş məhz buradan həyata keçirilir. Bir neçə istiqamətdən metroya giriş qapıları açılsa, sıxlığın aradan qaldırılması üçün münbit şərait yarana bilər.

1 manatlıq taksi sürücülərinin həmin ərazidə cəmləşməsinə gəldikdə, bu heç də yaxşı həyatdan qaynaqlanmır. İşsizlik problemi vətəndaşları bir çox hallarda taksi xidməti göstərməyə vadar edir. 

Müvafiq qurumlar vətəndaşların çox olmasından şikayət etməməli, onu idarə etməyi bacarmalıdır. Prosesin tənzimlənməsi üçün digər alternativ marşrutlar da yaradılmalıdır”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin