Moderator.az xəbər verir ki, Türkiyənin Sakarya Universtetində təhsil alan azərbaycanlı tələbələr böyük işlərə imza atıb. Universtetin nəzdində yeni “Düşüncə”x9d adlı tələbə birliyi Azərbaycanlı gənclərin təşəbbüsü ilə yaranıb. Yaradılma prosedurunda topluluğun qurucusu, Sakarya Universteti Elektrik-Elektronik bölümünün tələbəsi olan Hüseynli Şamxalın sözlərinə görə, “Topluluğun qurluşunda Universtet rəhbərliyinin dəstəyi olub", həmçinin Topluluğ (tələbə birliyi) yalnız azərbaycanlılardan ibarət deyil. Topluluğun Türkiyə daxil olmaqla bir sıra digər dövltələrdən də üzvləri var.
Hal-hazırda 70-ə
yaxın üzvləri olan təşkilatın sayının tədricən artacağı da gözlənilir. Təşkilat
sədri, Bakı Slavyan Universtetinin məktəb-lisey kompleksinin fəxri
məzunu Şamxal Hüseynli həmçinin İNTEL şirkətinin mükafatçısıdır, həmçinin Azərbaycanın
ilk mobil brouzeri olan “Butterfly”x9d brouzerinin qurucularından biridir. Bu
layihə Çində Azərbaycana birincilik gətirən bir layihədi.
Təşkilatın
idarə sistemi 2 sədr-muavinləri (Elvir Hüseynzadə, RəşidAğayev), 1 koordinator (NicatGasımov),
1 danışman (sədr-vəkili) Murat Alakaş (Türkiyə) və 4 nəfərlik idarə heyətindən ibarətdir.
Topluluğ rəhbərləri bu yaxınlarda Sakarya bələdiyyə başqanı Hüseyin Avnı Coşla özəl
görüş keçirdib, həmçinin 24 fevral tarixində Sakarya Universtetində baş tutan
“Xocalı Soyqırımını anma”x9d tədbirinin də təşkilatçılarından biri olmuşdur.
Gənclərimizə
tutduğları uğurlu yolda müvəffəqiyyətlər arzulayırıq!!!


































































































