Bakı şəhəri 20 nömrəli məktəb-liseydə şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.
MÖVZU İLƏ BAĞLI:
20 saylı məktəbdə zəhərlənən şagirdlərdən birinin vəziyyəti ağırdır - TƏBİB
İlkin ehtimallara əsasən şagirdlər quş əti tərkibli qidadan zəhərlənib.
Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə təhsil müəssisəsinin bufetindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib.
Bizim.Media