Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin yeni loqotipi təsdiq olunub.xa0
Mətbuat xidməti bildirir ki, ötən ilin payızından etibarən universitetin əməkdaşlıq etdiyi şirkət loqotiplə bağlı bir neçə dizayn təklif etmiş, onların heç biri qəbul olunmadığı üçün yeni loqotiplər üzərində işlənilmişdir. Bununla yanaşı, universitetin tələbələri də öz layihələrini təklif etmiş, onlardan bəziləri dizayn şirkətinə təqdim olunmuşdur. Həmin tələbələrdən birinin hazırladığı loqo əsasında bir neçə yeni dizayn yaradılıb təklif edilsə də, heç biri qəbul olunmamışdır.xa0
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti təsdiqlənmiş loqotipini ictimaiyyətə təqdim edir və onun hazırlanmasında iştirak edən hər kəsə təşəkkürünü bildirir.
































































































