Vikipediyada məqalə yaratmaq üçün təlimlərə başlanıldı – FOTO  

Hazırda oxunan: Vikipediyada məqalə yaratmaq üçün təlimlərə başlanıldı – FOTO  

129256

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən Vikipediya təlimlərinə başlanılıb. 

Bizim.Media xəbər verir ki, AMEA Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin təşkilatçılığı ilə Akademiyanın Mərkəzi Elmi Kitabxanasında keçirilən təlimlərə ilkin olaraq  Nizami Gəncəvi adına Ədəbiyyat və Məhəmməd Füzuli adına Əlyazmalar institutlarının əməkdaşları qatılıb. 

Təlimlər Mərkəzi Elmi Kitabxananın təlimçi-əməkdaşları tərəfindən keçirilir. Məqsəd Akademiyanın hər bir institutunda könüllü Vikipediya qruplarının formalaşdırılmasıdır.

Həmin qruplar mövcud olan məqalələrin redaktəsi və yeni məqalələrin yaradılmasını həyata keçirəcəklər. Təlimlərə könüllülər tərəfindən də böyük maraq var. 

Eyni zamanda Azərbaycan İlahiyyat İnstitutunun tələbə və magistrantları da könüllü surətdə təlimlərdə iştirak edirlər. 

Yaxın zamanlarda Akademiyanın digər institutlarının könüllü əməkdaşlarına da təlimlərin keçirilməsi nəzərdə tutulub. 


Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin