İmişli rayonu ərazisində Araz çayının sahilboyu ölü balıqlarla doludur, həmin hissədə diri balıq, demək olar ki, gözə dəymir.
Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Məlumatda qeyd olunub ki, çayda balıqların tələf olmasına səbəb suya elektrik buraxılması, yəni bu üsulla balıq ovlanması olub. Nəticədə ölü balıqlar suyun üzərinə çıxıb.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Nazirliyin Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Bizim.Media-ya bildirib ki, artıq sözügedən məsələ ilə bağlı nazirliyin əməkdaşları tərəfindən araşdırma aparılır.
Həmin videonu təqdim edirik:
Aygün İbrahimli, Bizim.Media