Məşhur aktrisa və müğənni vəfat edib

Hazırda oxunan: Məşhur aktrisa və müğənni vəfat edib

129221
ABŞ-da 69 yaşında məşhur aktrisa və müğənni Patti Dyuk vəfat edib.

Moderator.az “kp.ru”x9d-ya istinadən xəbər verir ki, bu barədə aktrisanın oğlu Şon Astin məlumat verib.

“Bu gün səhər bizim sevimli həyat yoldaşımız, anamız, nənəmiz, parlaq aktrisa, humanitar fəal və qəlb sağlamlığı üzrə rekordçu Anna Patti Dyuk gözlərini yumdu, onun acıları sakitləşdi və o, gözəl bir yerə yüksəldi”x9d, - Astin bəyan edib.

Ölüm səbəbləri dəqiqləşdirilmir. Ancaq aktrisanın menecerinin sözlərinə görə, onda sepsis başlamışdı.

Patti Dyuk 16 yaşında “Möcüzəni yaradan”x9d filmində Helen Keller roluna görə, “Oskar”x9d mükafatının laureatı olub. Bundan əlavə, o, “Qızıl qlobus”x9d, “Emmi”x9d və digər mükafatlara layiq görülüb. Patti Dyuka böyük şöhrəti, “Mən, Natali”x9d, “Mənim əziz Çarlim”x9d, “Kapitanlar və krallar”x9d filmlərindəki oynadığı rollar gətirib.

Ramil Həsənli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin