Şuşa şəhəri yaxınlığında, Xankəndi-Laçın yolunda sülhməramlılara məxsus çoxlu sayda maşın görünüb.
Bizim.Media xəbər verir ki, bu barədə video Telegram kanallarında yer alıb.
Videoya görə, karvan Xankəndidən Ermənistana gedir. Belə çıxır ki, Qarabağda müvəqqəti yaşayan ermənilər ərazini tərk etmək üçün sülhməramlılardan icazə alıblar.
Bu gün separatçıların mətbuatı belə informasiya yaymışdı ki, Xankəndidən Ermənistana getmək istəyən hər bir erməni mütləq sülhməramlılardan icazə almalıdır.
Bizim.Media