Sabirabadda bu il neçə hektar ərazidə pambıq əkiləcək? - AÇIQLAMA/FOTO

Hazırda oxunan: Sabirabadda bu il neçə hektar ərazidə pambıq əkiləcək? - AÇIQLAMA/FOTO

129062

Sabirabadda pambıq səpininə başlanılıb.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, əlverişli hava şəraitindən istifadə edən fermerlər daha tez məhsul toplamaq üçün səpin işlərini də tezləşdiriblər.

Bildirilib ki, ötən il Sabirabad rayonunda pambıqçılıqla məşğul olan və yüksək qazanc əldə edən fermerlər bu il də ağ qızılın əkinini həyata keçirməyi qarşıya məqsəd qoyub. 

Belə fermerlərdən biri də Sabirabad rayonu Zəngənə kənd sakini Əfras Əsgərovdur.

Fermer deyir ki, pambıq çox gəlirli sahədir. Həmçinin məhsulun alış qiyməti, əlavə ödənilən subsidiya eyni zamanda gübrələrin güzəştli qiymətlərlə təklifi pambıqçılığa marağı daha da artırır:

"Təkcə ötən il 120 hektar sahədən hər hektara 46 sentner məhsul götürən fermer bu il əkin sahəsini də genişləndirməyi planlaşdırmışıq. Artıq pambıq əkiləcək sahələrdə şum və mala işləri görülüb. Havaların əlverişli keçməsi isə səpinin aparılmasına daha çox şərait yaradıb. Yüksək məhsul əldə etmək üçün səpin zamanı karbamid gübrəsindən də istifadə olunur". 
Pambıq sahələri üzrə nümayəndə Nizami Əsgərov bildirib ki, nəzarət etdiyi 302 hektar sahə də işlər yekunlaşıb:

"Tempraturun yüksək olması torpaq qatının səpin üçün hazır olmasına yol açıb və yüksək məhsuldarlığı ilə seçilən Bəyaz Altun toxumlarından istifadə edilir. Hazırda səpin işlərini optimal müddətdə yekunlaşdırmağa çalışırıq", -deyə ərazi nümayəndəsi qeyd edib.

Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə cari ildə Sabirabad  rayonu üzrə 11313,6 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub. 

Ötən ilə gəldikdə isə rayon üzrə ümumilikdə 11696 hektar sahədən 35601,68 ton məhsul yığılıb ki, bu da hər hektara 30,44 sentner məhsuldarlıq deməkdir.









Aqil Əsədov, Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin