Baş həkimin işdən çıxarılması qərarına siyasilərdən SƏRT TƏNQİD – "UTANCVERİCİDİR”

Hazırda oxunan: Baş həkimin işdən çıxarılması qərarına siyasilərdən SƏRT TƏNQİD – "UTANCVERİCİDİR”

129054

Xəbər verdiyimiz kimi 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Əməkdar həkim Ağahəsən Rəsulov Səhiyyə naziri Teymur Musayevin əmri ilə işdən azad olunub.

Ağahəsən Rəsulovun Əmək Məcəlləsinə əsasən yaş həddi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad olunduğu deyilir. 
 

MÖVZU İLƏ BAĞLI:

İşdən çıxarılan baş həkimdən ÖZƏL AÇIQLAMA: “Uşaq haqqında nə demişəmsə, düz demişəm”


Amma burda digər maraqlı məqam da var. Bildiyimiz kimi, Xətai rayonundakı  3 saylı uşaq evində qalan və həmin uşaq evi ilə bağlı şikayətini bildirən yeniyetmə Məhəmməd Hacıyev 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Lakin, baş həkim Ağahəsən Rəsulov uşaqda psixi pozğunluğun olmadığını bildirib. Bundan bir gün sonra isə o nazirin əmri ilə vəzifəsindən azad edilib.

Məsələ hazırda sosial şəbəkələrdə geniş müzakirə olunur. Əksəriyyət həkimin işdən azad edilməsi ilə bağlı qərarı sərt tənqid edir. 

Sözügedən mövzuda siyasilərin fikirlərini öyrəndik.

Bizim.Media-ya açıqlama verən millət vəkil Etibar Əliyev Səhiyyə nazirinin özünün də həkim olduğunu xatırlatdı:

“Bu mənada lazım idi ki, baş həkimin fikirlərinə hörmətlə yanaşılsın. Əgər Psixatiriya Xəsətəxanasının baş həkimini dediyi fikirlərə görə işdən azad ediblərsə, bu doğru deyil. Millət vəkili kimi bunu bəyənmirəm. Bu məsələdə mən günahı daha çox 3 saylı uşaq evinin direktorunda görürəm.
Yeniyetmələrə bu cür davranış onların özlərində və ətrafındakılarda ciddi travmalar yaradır. Yoxlanılmadan uşağa “diaqnoz” qoyulması yolverilməzdir. 

Yaxşı olardı ki, Səhiyyə Nazirliyi bu məsələni ciddi şəkildə araşdırsın. Burda insan taleyi var. Uşaq məktəb direktorunu tənqid edibsə, onu psixi xəstəxanaya yatırmaq qətiyyən doğru deyil. Soruşuram, niyə uşağın dedikləri müvafiq qurumlar tərəfindən araşdırılmır?

Məktəbin missiyası uşaqlara qayğı göstərməkdir. Fürsətdən istifadə edib demək istəyirəm ki, internat tipli məktəblər bu gün başlı-başına buraxılıb. Mən dəfələrlə demişəm ki, internat məktəbləri nəzarətdən kənarda qalıb.

Yalnız yeyinti, pul silmək üçün məktəb saxlamaq olmaz. Sonda bir daha bildirmək istəyirəm ki, Səhiyyə nazirinin Baş həkimlə bağlı addımını pisləyirəm”.

Ağ Partiyanın sədri Tural Abbaslı isə uşağın çıxışının yayılmasından həmən sonra onun xəstəxanaya yerləşdirilməsinin, onsuz da hamıda şübhə doğurduğunu qeyd edib:

“Nə oldu, bu uşaq iki kəlmə deyəndən sonra yada düşdü ki, onun psixi problemi var? Bunun ardınca, uşağın sağlam olması barədə baş həkimin fikirləri şübhələri bir qədər də artırdı. Baş həkimin çıxışından həmən sonra onun işdən azad edilməsi də çoxlu suallar doğurur.
Necə ki, uşaq danışandan sonra yada düşdü ki, onun “psixi problemi var”, eləcə də baş həkimin çıxışından sonra yada düşdü ki, onun pensiya yaşı çatıb. Bunları təsadüf hesab etmirəm. Bu çox utancverici addımlardır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin