Laçın-Xankəndi yolunda təşkil olunan aksiyanın 115-ci günündə də Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus avtomobillər aksiya ərazisindən maneəsiz keçirlər.
Bizim.Media xəbər verir ki, bu dəqiqələrdə sülhməramlılara məxsus 38 avtomobilin Xankəndidən Laçın istiqamətinə sərbəst hərəkəti təmin edilib. Şəxsi heyəti daşıyan avtomobillərin ikisinin içində mülki vətəndaşlar olub.
Gün ərzində indiyədək aksiya ərazisindən Rusiya sülhməramlılarına məxsus 57, Beynəlxalq Qırmızı Xaç Komitəsinin isə 9 avtomobili keçib.
Bu, bir daha onu göstərir ki, ərazidə hərəkət sərbəstdir.
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan və etirazçıların guya Laçın-Xankəndi yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Bizim.Media