Tanınmış aparıcı Vüsalə Səid Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindəki (RİNN) vəzifəsindən ayrılıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat verib.
“5 aprel 2023-cü ildən etibarən öz istəyimlə tutduğum vəzifədən (nazirliyin rəqəmsallaşma sahəsində “AzİnTelecom" MMC, Elektron Təhlükəsizlik Xidməti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ictimaiyyətlə əlaqələr üzrə meneceri ) ayrılıram. Bu 1 il ərzində sizin dəstəyinizlə mənə göstərilən etimadı doğrultmağa çalışmışam”,- o qeyd edib.
Qeyd edək ki, V.Səid bir il əvvəl Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində ictimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsinə təyinat almışdı.
Bizim.Media