Yazıçılar Birliyinin 13-cü qurultayı niyə keçirilmir? - AYB-dən CAVAB

Hazırda oxunan: Yazıçılar Birliyinin 13-cü qurultayı niyə keçirilmir? - AYB-dən CAVAB

12897

Azərbaycan Yazıçılar Birliyinin (AYB) 2019-cu ildə keçirilməli olan qurultayı iki ildir yubadılır. Səbəb hazırkı pandemiya şəraitinin olması göstərilir.

Halbuki ölkədə və dünyada virtual olaraq ən yüksək konfranslar, iclaslar təşkil olunur.

Məlumat üçün bildirək ki, Azərbaycan Yazıçılar Birliyinin sonuncu (XII) qurultayı 7 il əvvəl, yəni 2014-cü ildə baş tutub. AYB-nin nizamnaməsinə görə qurultay 5 ildən bir keçirilməlidir. 13-cü qurultayın nə vaxt keçiriləcəyi ilə bağlı hələki məlumat verilmir.

 

MÖVZU İLƏ BAĞLI:

Yazıçılar Birliyində təqaüd QALMAQALI - SƏBƏB


Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza Bizim.Media-ya açıqlamasında qurultayın keçirilməmə səbəbini ötən ilin fevralından ölkədə mövcud olan pandemiya ilə əlaqələndirib:
 
“Konkret tarix bəlli deyil. Azərbaycan Yazıçılar Birliyinin qurultayı kütləvi tədbirlərin təşkilinə icazə veriləndə keçiriləcək”. 
 
Xəyal Rza bir qrup gənc yazar tərəfindən Azərbaycan Yazıçılar Birliyinin növbəti – 13-cü qurultayının Şuşada, Cıdır düzündə keçirilməsi təklifinə də münasibət bildirib:
 
“Qurultay konsert proqramı, poeziya tədbiri deyil. Cıdır düzündə çox tədbirlərimiz olacaq. Amma qurultay deyil...”, - deyə Xəyal Rza əlavə edib.
 
Qeyd edək ki, bir müddət əvvəl Prezident təqaüdçüsü, AYB Gənclər Şurasının üzvü Tural Turan, Prezident təqaüdçüsü, AYB-nin üzvü Emil Rasimoğlu və Prezident təqaüdçüsü, AYB Gənclər Şurasının üzvü Fuad Cəfərli Azərbaycan Yazıçılar Birliyinin 13-cü qurultayının Şuşada, Cıdır düzündə keçirilməsi təklifi ilə çıxış etmişdilər.
 
Onu da bildirək ki, bu günlərdə gənc yazarlar Mirmehdi Ağaoğlu və Cəlil Cavanşir Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevi, eləcə də I katib Fikrət Qocanı istefaya çağırıblar.
 
Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin