Azərbaycanda fəhlələrin yeməkxanaya biabırçı hücumu - Video

Hazırda oxunan: Azərbaycanda fəhlələrin yeməkxanaya biabırçı hücumu - Video

128918
Sosial şəbəkələrdə Sumqayıt Texnologiyalar Parkında (STP) fəhlələrin nahar fasiləsi zamanı yemək növbəsinə qaçdığını əks etdirən videogörüntülər yayılıb.

Moderator.az xəbər verir ki, Sumqayıt Texnologiyalar Parkının rəsmisi isə modern.az saytına açıqlamasında məsələyə belə aydınlıq gətirib:

"Videodakı görüntülər realdır və bizim zavodda çəkilib. Amma görüntülər təxminən 4 il əvvələ aiddir və hər şey göründüyü kimi deyil. İnsanlar yemək azdır və çatmayacaq, deyə qaçmırlar. Sosial şəbəkə istifadəçiləri vaxtaşırı bu videonu gündəmə gətirir. Biz videonu yayanlarla əlaqə yaratmaq istəsək də, bu, mümkün olmur. Çünki, vəziyyət görüntülərdəki kimi deyil.

Biz istənilən şəxsi, eləcə də həmin videonu yayanları STP-ə dəvət edirik. Buyurub gəlsinlər, zavodun yeməkxanasına, şəraitinə baxsınlar”x9d.

Qurum rəsmisi işçilərin nahar yeməklərinin normalara uyğun tənzimləndiyini vurğulayıb: "Zavodda verilən yeməklər nizamnaməyə əsasən, işçilərin sayına uyğun olaraq tənzimlənir”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin