Psixiatriya Xəstəxanasına yerləşdirilən yeniyetmənin vəziyyəti AÇIQLANDI – RƏSMİ 

Hazırda oxunan: Psixiatriya Xəstəxanasına yerləşdirilən yeniyetmənin vəziyyəti AÇIQLANDI – RƏSMİ 

128903

Xəbər verildiyi kimi bir neçə gün əvvəl Xətai rayonunda yerləşən 3 saylı Uşaq evinin sakini 17 yaşlı Hacıyev 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib. 

Respublika Psixiatriya Xəstəxanasından Bizim.Media-ya yeniyetmənin vəziyyəti açıqlanıb. Xəstəxanadan bildirilib ki, yeniyetmənin daha 2-3 müalicəsini davam etdirilməsinə qərar verilib:

“Bir neçə gün əvvəl 3 saylı uşaq evindən davranış pozuntuları olan  yeniyetmə  polis müşayiəti ilə Respublika Psixiatriya Xəstəxanasına gətirilib. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının “Psixiatriya yardımı haqqında” Qanununa əsasən o xəstəxananın yeniyetmə şöbəsinə yerləşdirilib. Hazırda aparılan stasionar müalicə nəticəsində yeniyetmənin psixi vəziyyəti stabilləşir.
Mütəxəssislər tərəfindən yeniyetmənin psixi durumundakı stabilləşmənin tam möhkəmləndirilməsi üçün 2-3 gün müvafiq müalicənin davam edilməsinə qərar verilib. Stasionar müalicə kursu başa çatdıqdan sonra o evə ambulator müalicəyə qardaşının himayəsinə veriləcək”, -deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə 3 saylı Uşaq evində qalan Hacıyev Məhəmməd Eldəniz oğlunun videosu yayılıb. Videoda yeniyetmə müəssisədə uşaqlara quru çörək verildiyini iddia edir:

“Ətin sümüyünü bişirirlər, özünü aparırlar. Meyvələri, südü aparırlar”.

Uşaq bu hadisədən sonra 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib.

Onu da bildirək ki, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov yeniyetmənin normal olduğunu və müalicəyə ehtiyacı olmadığını bildirib.

Onun sözlərinə görə 17 yaşlı gənci gətirildiyi uşaq evinə göndərmək istəsələr də, müəssisə rəhbərliyi qəbul etmir. 

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin