Azərbaycanda açıq şəkildə silahlar SATILIR – İnanılmaz QİYMƏTLƏR - FOTOFAKT

Hazırda oxunan: Azərbaycanda açıq şəkildə silahlar SATILIR – İnanılmaz QİYMƏTLƏR - FOTOFAKT

128850

Son illər ölkədə silahla törədilən cinayət olaylarının sayı artıb. Kriminal hadisələrdən sonra bəzi şəxslər zərurətdən və maraqdan silah gəzdirmək istəyində olur. 

Qeyd edək ki, mülki silahın əldə edilməsi və istifadəsi “Xidməti və mülki silah haqqında” Qanunla müəyyən olunur. Qanuna görə, mülki silahın dövriyyəsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Qurum silahı və onun istehsal olduğu, satıldığı, saxlanıldığı və məhv edildiyi yeri yoxlaya, fiziki şəxslərdən müvafiq sənədləri, yazılı və ya şifahi məlumatları tələb edə, həmçinin yol verilmiş qanun pozuntularını ilə bağlı tədbir görə bilər. 

Bu məsələdə əsas şərt isə ölkədə istehsal edilən və xaricdən gətirilən mülki silahın bütün modellərinin sertifikatlaşdırılmasıdır. 

Bizim.Media-nın araşdırmasına görə, ictimaiyyətdə qanunsuz şəkildə silahların təbliğatı, satışı və alışı həyata keçirilir.  
 

MÖVZU İLƏ BAĞLI:

DİN oyuncaq silah gəzdirən şəxslərə xəbərdarlıq etdi


Həmçinin sosial şəbəkələrdə alışı, satışı və istifadəsi qanunla qadağan edilən soyuq silahlar açıq şəkildə satışa çıxarılır. İnstaqramda "soyuq-silahlar", “tapança satışı”, “silahlar-2021”, “dəmir tapançaların satışı” adlı səhifələrdə istənilən forma, dizayn və ölçüdə soyuq silah sayıla biləcək vasitələr almaq mümkündür. 
Səhifədə silahlarla bağlı inanılmaz qiymətlər də qeyd olunub. Belə ki, bıçaqlar 20-80 manat, beşbarmaq 60-100 manat, elektroşok 100, mini deşici tir 50-70 manata, səs silahı və xəsarət yetirmək gücünə malik silahlar isə 90-500 manat civarında təklif olunur.

Əlçatanlığı bu şəkildə təmin olunan silahların hər kəs tərəfindən asanlıqla əldə edilməsi isə ölkədə baş verə biləcək cinayət olaylarının çarçısıdır.   

Sosial şəbəkələrdə silah təbliğatının aparılması həm də hazırki həssas dönəmdə münasibətlərin pozulmasına gətirib çıxarır. 

Bəs, aidiyyəti qurumlar bəhs etdiyimiz səhifələrə nəzarət mexanizmi həyata keçirirmi? Səhifə sahibləri məsuliyyətə cəlb olunurmu?

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Bizim.Media-ya bildirib ki, silahların açıq satışını həyata keçirən istənilən səhifə sahibləri məsuliyyətə cəlb olunur: 

“Qeyd edim ki, həyəcan, qorxu, stres yaratma ehtimalı olan, strukturu, göstəriciləri, təyinatı oyuncaq əşyasının standartlarını aşan silahların müvafiq sənədi olmayan şəxslərə satışı qadağandır. Səs silahı və xəsarət yetirmək gücünə malik digər silahların ictimai yerlərdə istifadə olunması qadağandır. Bu növ silahlar yalnız təyin olunmuş yerlərdə və təhlükəsizlik qaydalarına riayət olunmaqla istifadə oluna bilər”.
















Alçina Amilqızı, Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin