"Bayraktar"lar Azərbaycanda da İSTEHSAL OLUNACAQ? – Tarixi qərarın hərbi-siyasi ƏHƏMİYYƏTİ

Hazırda oxunan: "Bayraktar"lar Azərbaycanda da İSTEHSAL OLUNACAQ? – Tarixi qərarın hərbi-siyasi ƏHƏMİYYƏTİ

128836

Bakıda səfərdə olan "Baykar"ın İdarə Heyətinin sədri və Texnologiya rəhbəri Səlcuq Bayraktar aprelin 3-də Azərbaycan prezidenti İlham Əliyev və müdafiə naziri Zakir Həsənovla görüşüb.

Görüş zamanı o, yeni yaradılmış "Baykar Technology Azerbaijan" şirkəti haqqında məlumat verib.
 

MÖVZU İLƏ BAĞLI:

“Bayraktar Kızılelma” 20 min metr YÜKSƏKLİKDƏ - FOTO


S.Bayraktar bildirib ki, "Baykar Technology Azerbaijan" şikrətinin süni zəkaya sahib robot-pilotsuz sistemlərin tədqiqi və inkişafı, insansız platformalar, zavod səviyyəsində texniki xidmət, ərazidə texniki dəstək, logistika koordinasiyası sahələri üzrə çalışacaq. Azərbaycanda Türkiyə ilə birgə PUA istehsalının hərbi-siyasi əhəmiyyəti isə olduqca böyükdür.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bu addım Azərbaycana hərbi sənaye sahəsində öz yeri olan dövlət imici statusu qazandıracaq:

“Azərbaycanın Türkiyə ilə birgə PUA istehsalını həyata keçirməsi birinci növbədə ölkələrimiz arasında dostluq və qardaşlığı daha da möhkəmləndirəcək. Prinsip etibarilə, qardaş Türkiyə çoxdan Azərbaycan müdafiə sənayesində təmsil olunur.

“Baykar” şirkəti Azərbaycanda pilotsuz uçuş aparatlarının buraxılması ilə bağlı təkliflə çıxış edib və bu təklif Bakı tərəfindən müsbət dəyərləndirilib. 

Dünyada tanınmış hərbi sənaye brendi artıq Azərbaycanda istehsal olunacaq. Onun burada da qısa müddətdə özünü doğruldacağını düşünürəm. Bu addım Azərbaycana hərbi sənaye sahəsində öz yeri olan dövlət imici statusu qazandıracaq.
Türkiyə üçün isə bu addım əlavə imkanlar verəcək. Bu müstəvidə şirkətin və Türkiyənin özünün nüfuzu daha da artacaq. Nəticədə, sözügedən birgə istehsal yaxın bir neçə ilə oturuşmuş mühüm hərbi sənaye sahələrindən birinə çevriləcək”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin