Tural Abbaslıdan Cavanşir Quliyevə CAVAB: “Onda gərək heç kim, heç nə danışmaya...”

Hazırda oxunan: Tural Abbaslıdan Cavanşir Quliyevə CAVAB: “Onda gərək heç kim, heç nə danışmaya...”

128822

Bir neçə gün əvvəl sosial şəbəkələrdə Ağ Partiyanın sədri Tural Abbaslının 44 günlük müharibə dönəmində vətənpərvərlik mahnılarıyla məşhurlaşan Rövşən Binəqədili, telekanallar və Mədəniyyət Nazirliyini haqqında söylədiyi fikirlər müəyyən müzakirələr yol açıb.

Partiya sədri Rövşən Binəqədiliyə qarşı aidiyyəti qurumların lazımi diqqəti göstərməməsini tənqid edib.
 

MÖVZU İLƏ BAĞLI:

“Rusiya və Aİ-ni maraqlandıran Ermənistanın kimin qucağında oturacağıdır” – Tural Abbaslı 


Tural Abbaslının fikirlərinə tanınmış bəstəkar Cavanşir Quliyev "iqtisadiyyat.az" saytına açıqlamasında münasibət bildirib. O, siyasətçilərin bu sahədə fikir bildirmələrinin doğru olmadığını qeyd edib:

“Tural Abbaslı musiqişünas deyil, siyasətçidir. Ümumiyyətlə, yaxşı olar siyasətçilər siyasətlə məşğul olsunlar. Bu məsələlərlə musiqişünaslar məşğul olsa, yaxşı olar”.

Bəstəkarın səsləndirdiyi fikirlərə Ağ Partiyanın sədri Tural Abbaslının da rəyini öyrəndik:

“Vallah, Cavanşir bəy bizim ağsaqqal bəstəkarlarımızdandır. Fikir bildirib ki, musiqi barədə musiqişünaslar münasibət bildirsə, daha yaxşı olar. Bu da onun fikridir. Cavanşir bəy deyən kimi olsa, onda gərək heç kim, heç nə danışmaya. Musiqişünas siyasətlə məşğul olmasın, yaxud da ki, ölkədə baş verən hadisələrə fikir bildirməsin. 
Təbii ki, mən Cavanşir Quliyevlə musiqi sahəsində yarışası deyiləm. O bəstəkardır, musiqişünasdır. Mən orda sadəcə musiqinin keyfiyyətindən deyil, bu sahəyə müvafiq qurumların münasibəti barədə danışmışam. Nə isə bu məsələni çox da müzakirə etmək istəmirəm. Deyib də canı sağ olsun”. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin