"Deputat Fazil Mustafaya qarşı törədilən terror aktını kəskin şəkildə qınayırıq".
Bizim.Media xəbər verir ki, bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva parlamentin bugünkü plenar iclasında çıxışı zamanı bildirib.
MÖVZU İLƏ BAĞLI:
Milli Məclis Fransaya etiraz bəyanatı GÖNDƏRƏCƏK
“Əminik ki, bu kimi terror işində əli və vasitəçiliyi olanlar layiqli cəzasını alacaq. Deputata atılan güllə dövlətimizə və xalqımıza qarşı atılan güllədir. Bu şəbəkəni xaricdən idarə edənlər bilməlidir ki, Azərbaycan dövlətini, xalqını qorxutmaq olmaz”, - deyə deputat əlavə edib.
Bizim.Media