Xəbər verdiyimiz kimi, mərhum Xalq artisti Ramiz Novruzun ailəsi sosial şəbəkədə canlı yayım açaraq bir çox qaranlıq məqamlara aydınlıq gətirib. 
Bizim.Media xəbər verir ki, sənətkarın övladları mərhumun məzar daşının görüntüsünü nümayiş etdiriblər. 
Aktyorun vizajist qızı Şəfəq Novruzova bildirib ki, valideyninə fərqli və ona layiq məzar daşı hazırlatdırıb: 
“Qəbrin eskizini Cavidan (Ramiz Novruzun oğlu, aktyor Cavidan Novruz - red.) çəkdi. Şəkillərin bəzisini də mən seçdim. Yaratdığı obrazlardan fotolar yerləşdirdik. Ən əsası isə onun Həzi Aslanov obrazının fotosu da var” 
Cavidan isə bacısınin bu fikirlərinə belə münasibət bildirib:
“Məzar daşında “Sizi dünyalar qədər sevirdim” filmindəki Həzi Aslanov obrazının sözləri yazılıb”.
Şəfəq həmçinin bildirib ki, atasının müalicəsi üçün pul xərcləməyib:  
“Atamın bütün xərcini Heydər Əliyev Fondu çəkib. Bizim ona bir manat xərcimiz çıxmayıb. Hətta yas mərasimini də dövlət ödədi. Ona görə də dedik ki, heç olmasa atamın məzarını biz övladları düzəltdirək”. 
Qeyd edək ki, Ramiz Novruz uzun sürən mədə xərçəngindən fevralın 20-si müalicə aldığı özəl klinikaların birində 67 yaşında dünyasını dəyişib.  
 

- A-
- A
- A+
Cəmiyyət
							11:04 / 04.04.2023
							
						Ramiz Novruzun məzar daşı belə olacaq - VİDEO
						
							
								Hazırda oxunan: Ramiz Novruzun məzar daşı belə olacaq - VİDEO							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Ramiz Novruzun məzar daşı belə olacaq - VİDEO							
						128807
					Rəşad Əliyev, Bizim.Media
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































