Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə 9 avtomobilin hərəkət etməsinə şərait yaradılıb.
Bizim.Media xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
MÖVZU İLƏ BAĞLI:
Laçın-Xankəndi yolunda ekoaksiyanın 114-cü GÜNÜ
Belə ki, 8 minik və 1 yük avtomobili Xankəndidən Laçın istiqamətinə keçid ediblər.
Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 114 gündür davam edir.
Bizim.Media