Bir maşınımız qəzaya uğrayıb, amma çörəklə bağlı heç bir problem yoxdur – Zavod direktoru

Hazırda oxunan: Bir maşınımız qəzaya uğrayıb, amma çörəklə bağlı heç bir problem yoxdur – Zavod direktoru

12875

“Bu gün səhər saatlarından etibarən 70 çörək maşını yola salmışıq. Maşınlarımız ünvanlara vaxtında çatıblar. Heç bir problem yaşanmayıb”.

Bu barədə Bizim.Media-ya Bakıxanov Çörək Zavodunun direktoru Elman Bağırov məlumat verib.

 

MÖVZU İLƏ BAĞLI:

Masazırda çörək qıtlığı yaranıb – Çörək daşıyan maşınlar hərəkət edə bilmir - ŞİKAYƏT


O, bildirib ki, Bakı şəhəri üzrə əhalinin çörək təlabatının 45 - 50 faizini Bakıxanov Çörək Zavodu ödəyir. Elman Bağırov qeyd edib ki, adi günlərdə 65 çörək maşını yola salırdıq.

Çətin hava şəraiti ilə əlaqədar olaraq əhali arasında çörəyə tələbat çox olduğu üçün artıq 70 maşın yola salmışıq: 

“Yalnız bir maşınımız qarlı hava şəraiti ilə əlaqədar olaraq qəza keçirdib. Şəbəkələr də daxil olmaqla ümumilikdə 2300 mağazaya çörək paylanılıb”- deyə əlavə edib.

Zavod direktoru gün ərzində fəaliyyətlərinin tam gücü ilə davam edəcəyini və tələb olunan yerlərə məxsusi qaydada çörək göndərmək imkanlarının olduğunu da vurğulayıb.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin