Dünən axşam saatlarından başlayaraq yağan güclü qar paytaxtda nəqliyyatın hərəkətini iflic edib.
Bakıətrafı yollar qardan təmizlənmədiyinə görə nəqliyyat vasitələri hərəkət edə bilmir. Bu səbəbdən ətrafqəsəbələrdəki mağazalarda çörəkqıtlığı yaşanır.
MÖVZU İLƏ BAĞLI:
Qardan sonra Bakı küçələri - FOTOREPORTAJ
Bu barədə Bizim.Media-ya Masazır sakinləri məlumat veriblər. Sakinlərin dediyinə görə mağazalarda çörək yoxdur. Mağaza sahibləri bunu çörək daşıyan maşınların qar səbəbindən hərəkət edə bilməməsi ilə əlaqələndiriblər.
Sakinlər həmçinin qəsəbədə elektrik enerjisinin verilişində də fasilələrin yarandığını qeyd ediblər:
“Dünən gecədən işıqlar normal verilmir. 10 dəqiqə yanır, yarım saat söndürülür. Ev buz kimidir, kombinin turbaları donub. Mağazalarda da çörəyin olmaması, bizi çətin duruma salıb”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə küləklə müşayiət olunan qarlı, şaxtalı hava şəraiti sabah günorta saatlarına qədər davam edəcək.
Alçina Amilqızı, Bizim.Media