Sabahdan Türkiyə və Azərbaycan arasında saat fərqi azalacaq

Hazırda oxunan: Sabahdan Türkiyə və Azərbaycan arasında saat fərqi azalacaq

128686
Bu gecə dünyanın bir çox ölkələrində yay vaxtına keçid baş tutacaq və saatların əqrəbləri bir saat irəli çəkiləcək. 1997-ci ildən sonra Azərbaycanda ilk dəfə yay vaxtına keçid olmayacaq. Beləliklə, Azərbaycan və bəzi dünya ölkələri arasındakı saat fərqində dəyişiklik baş verəcək.xa0

Qeyd edək ki, dünyanın 80-ə yaxın ölkəsində yay vaxtına keçid həyata keçirilir. Avropa Birliyi ölkələri və ABŞ-ın əksər ştatları hər il bu üsuldan faydalanır. Saatlar ilk dəfə 1908-ci ildə Böyük Britaniyada çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib. 1981-ci ildən saatların əqrəbi hər il dünyanın 110 ölkəsində geri çəkilir. Azərbaycanda yay vaxtına keçid 1997-ci ildən 2016-cı ilədək Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli, 21 saylı qərarına görə həyata keçirilib. Nazirlər Kabinetinin 17.03.2016-cı il tarixli 131 saylı Qərarına əsasən, 2016-cı ilin 27 mart tarixində (bazar günü) ölkə ərazisində yay vaxtına keçid GMT+4 (Qrinviç vaxtı+4 saat) vaxtını əsas götürməklə ləğv olunur. Bununla da Nazirlər Kabinetinin 17.03.1997-ci il tarixli qərarı qüvvədən düşmüş hesab edilir.

Azərbaycan əhalisi üçün 19 il sonra bir yenilik olan yay vaxtına keçiddən imtina sıx əlaqəmizin olduğu ölkələrlə saat fərqini azaltdığından, oxucularımızın diqqətinə qısa xatırlatmanı təqdim edirik.

Beləliklə, Türkiyə ilə Azərbaycan arasında saat fəqi 1 saata enəcək. Qeyd edək ki, qış vaxtına keçid zamanı bir həftə ərzində fərq 1 saata enmişdi. Ötən ilin oktyabrında Türkiyə hökuməti parlament seçkiləri ilə əlaqədar saat dəyişikliyini bir həftə müddətinə təxirə salmışdı. İndi isə 1 saatlıq saat fərqi 7 ay davam edəcək.xa0

Rusiyaya gəlincə, bu il şimal qonşumuzun yalnız altı bölgəsində yay vaxtına keçiləcək. Həmin bölgələr arasında Azərbaycanla qonşu Həştərxan vilayəti də var.xa0

Avropa ölkələri ilə də zaman fərqimiz bir saat azalacaq.xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin