Səməd Vurğun yazıçıya niyə “it oğlu”x9d dedi?

Hazırda oxunan: Səməd Vurğun yazıçıya niyə “it oğlu”x9d dedi?

128667
Bu gün mərhum yazıçı, görkəmli dramaturq Sabit Rəhmanın doğum günüdür.
 
Sabit Rəhman 26 mart 1910-cu ildə Şəkidə anadan olub. Ədəbi fəaliyyətə 1926-1927-ci illərdə "Molla Nəsrəddin" jurnalında dərc etdirdiyi felyetonlarla başlayıb.
 
Sabit Rəhman Azərbaycan komediyasının banilərindəndir. O, dünyaca məşhur “Arşın mal alan”x9d və “O olmasın, bu olsun”x9d, “Koroğlu”x9d, “Əhməd haradadır?”x9d filmlərinin, “Ulduz”x9d musiqili komediyasının ssenarilərinin, “Yeddi gözəl”x9d baletinin librettosunun müəllifidir.
 
1943-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülən sənətkar, həmçinin iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və medalları ilə təltif olunub. O, böyük bəstəkarımız Emin Sabitoğlunun atasıdır.
 
Sabit Rəhman Azərbaycanın görkəmli şəxsiyyətləri ”“ Rəsul Rza və Səməd Vurğunla dost olub. Ülfət Kürçaylı “O günlərdən anlar”x9d silsiləsində qələmə aldığı yazıda Sabit Rəhmanla Səməd Vurğunun başına gəlmiş qəribə əhvalatı belə nəql edir:
 
“Səməd Vurğunla Sabit Rəhman Moskvada gəzə-gəzə gəlib çıxırlar QUM-a. Xeyli çap-yurddan sonra Səməd Vurğun bir də baxır ki, Sabit Rəhman yanında yoxdur. O yana gedir, bu yanı dolaşır, yazıçı gözünə dəymir. Anlayır ki, bu basırıqda Sabit Rəhmanı axtarmaq, dəryada iynə aramaq kimidir. Axır, soraqlaşa-soraqlaşa gəlib çıxır QUM-un sorğu şöbəsinə. Başına gələni danışmağa başlayır. Deyir, balacaboy, dazbaş dostumu itirmişəm.
                 
Gözəl rus qadını gülümsəyib cavab verir ki, burada bu əlamətlərlə adam tapmaq olmaz, dostunuzun adı nədir?
 
- Sabit, - deyir Səməd Vurğun əsəbi halda.
 
- Soyadı... - soruşur qadın.
 
- Rəhman, - deyə Səməd Vurğunun hövsələsi lap daralır.
 
- Bəs atasının adı... Kim oğludur?
 
İstidən və sorğu-sualdan bezmiş Səməd Vurğun ha fikirləşir, dostunun kim oğlu olduğunu yadına sala bilmir, hirslə “əşşi nə bilim, itoğlu”x9d, - deyir.
           
Beş dəqiqədən sonra bütün QUM boyu rusca belə bir elan səslənir:
 
- Sabit Rəhman İtoğlu, dostunuz sizi ikinci sıradaki fontanın yanında gözləyir”x9d.
 
Böyük yazıçımız Sabit Rəhman 1970-ci ildə Bakıda vəfat edib.(Axar.az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin