Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsddə şübhəli bilinən daha bir şəxs saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Telegram kanallarında yer alıb.
MÖVZU İLƏ BAĞLI:
Fazil Mustafaya qarşı sui-qəsdlə bağlı 4 nəfər TUTULUB
Mənbə yazır ki, İlkin Süleymanov adlı şəxs Xocasəndə təhlükəsizlik qüvvələri tərəfindən ələ keçirilib.
Xatırladaq ki, 28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.
Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.
Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
Bizim.Media