Fazil Mustafaya qarşı terror törədənlərin fotoları YAYILDI

Hazırda oxunan: Fazil Mustafaya qarşı terror törədənlərin fotoları YAYILDI

128623

Deputat Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumun təşkilatçısı və iştirakçıları məlum olub.

Bizim.Media xəbər verir ki, hücumun təşkilatçısı Səricanov Azər Kamran oğludur. O, 1976-cı ildə Salyan rayonunda anadan olub. Şiə məzhəbli dindar şəxsdir, 2010-2019-cu illər aralığında 11 dəfə İrana səfər edib.
 

MÖVZU İLƏ BAĞLI:

Fazil Mustafaya qarşı sui-qəsdlə bağlı 4 nəfər TUTULUB


Deputata atəş açan Şirinov Səbuhi Vəliyəddin oğludur. 1986-cı ildə Ağdam rayonunda anadan olub. Şiə məzhəbli dindar şəxsdir. 2017-2022-ci illər aralığında 15 dəfə İrana səfər edib.

Dəstənin digər üzvləri isə bunlardır:

Əsgərov Elşad Tofiq oğlu 1983-cü ildə Bakı şəhərində anadan olub. Şiə məzhəbli dindar şəxsdir, 2013-2018-ci illər aralığında 9 dəfə İrana səfər edib. Əliyarov Emin Rafiq oğlu 1970-ci ildə Bakı şəhərində anadan olub. Şiə məzhəbli dindar şəxsdir, 2004-2015-ci illər aralığında 3 dəfə İrana səfər edib.














Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin