Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) qarlı və çovğunlu hava şəraiti ilə əlaqəli görülən işlərlə bağlı açıqlama verib.
İcra Hakimiyyətindən Bizim.Media-ya bildirilib ki, Bakıya 12 saatdır dayanmadan qar yağır.
Qeyd olunub ki, Bakıda düşən yağıntının miqdarı 18 mm olub. Bu da aylıq normanın 90%-ı həcmindədir:
“Hidrometeoroloqların məlumatına görə, 2012-ci ildən sonra fevral ayında belə kəskin hava şəraiti qeydə alınmamışdır və bu, Bakıda ən aşağı temperatur göstəricisi olub. Həmin il havanın temperaturu paytaxtda mənfi 11 dərəcə olub, bu da rekord göstərici idi.
Bütün bunlara baxmayaraq şəhərin kommunal strukturları gecədən etibarən şəhər üzrə qarın təmizlənməsi işlərinə başlayıb.
Texnika vasitəsilə yollara duz və kimyəvi maddələr səpilib. Bu işlər gün ərzində xüsusi qrafiklə davam etdiriləcək”.
Həmçinin BŞİH avtomobil sürücülərinə müraciət edir ki, texniki cəhətdən problemli avtomobillərin yola çıxmaı qətiyyən tövsiyə edilmir: “Bu, nəqliyyatın və piyadaların hərəkəti üçün təhlükə yaradır”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:50 / 24.02.2021
Yollara duz və kimyəvi maddələr səpilib - BŞİH-dən qar açıqlaması - FOTO
Hazırda oxunan: Yollara duz və kimyəvi maddələr səpilib - BŞİH-dən qar açıqlaması - FOTO
Hazırda oxunan: Yollara duz və kimyəvi maddələr səpilib - BŞİH-dən qar açıqlaması - FOTO
12862
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.