Uşaq evindən şikayətlənən yeniyetmə özünü Psixiatriya xəstəxanasının damından atmaq İSTƏYİB? – AÇIQLAMA

Hazırda oxunan: Uşaq evindən şikayətlənən yeniyetmə özünü Psixiatriya xəstəxanasının damından atmaq İSTƏYİB? – AÇIQLAMA

128614

Xətai rayonunda yerləşən 3 saylı uşaq evinin sakini olan 17 yaşlı Hacıyev Məhəmməd Eldəniz oğlunun səsləndirdiyi iddialarına Respublika Psixiatriya Xəstəxanasından reaksiya gəlib. 

Bu barədə Bizim.Media-ya açıqlama verən Respublika Psixiatriya Xəstəxanasından bildirilib ki, son günlər yeniyetmənin 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının damından özünü ataraq, intihar edəcəyi barədə bəzi sosial şəbəkələrdə video yayılıb:
 

MÖVZU İLƏ BAĞLI:

3 saylı Uşaq evində növbəti DƏHŞƏT – Uşaqlar üçün gətirilən ətləri direktor SATIR – VİDEO 


“Yayılan videoda məlumatların həqiqəti əks edib-etməməsini yoxlayarkən müəyyən olub ki, görüntülər təxminən 20 gün öncə paytaxtın Xətai rayonu ərazisində yerləşən binalardan birinin damında çəkilib. Həmçinin, bildiririk ki, 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında belə hündür bina mövcud deyil və dam örtükləri şiferdəndir.

Qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məsələsini nəzarətə götürüb.

Komitənin məlumatına görə 3 saylı uşaq evinin yeniyetmə sakini öz qardaşının razılığı ilə 1 saylı Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib və hazırda müalicə alır.
 

MÖVZU İLƏ BAĞLI:

“Uşaq evində bizə ətin sümüyünü verirlər” deyən yeniyetmə Psixiatriya Xəstəxanasına salındı - VİDEO 


Klinikaya yatırılması haqqında qərar hər iki qohumlarının onun psixi vəziyyəti ilə bağlı fikirləri, tibb kitabcasındakı müalicə tarixcəsi, həmçinin müvafiq sahənin mütəxəssisi tərəfindən (kənardan dəvət olunmuş) yeniyetmənin özünün yoxlanılmasından sonra, qısa müddətli müalicə alması üçün verilib.

Müalicədən sonra yeniyetmənin qardaşı onu öz himayəsinə götürməsi ilə bağlı müraciət edəcəyini bildirib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin