Rusiya MN Kəlbəcərlə bağlı məlumat yaydı

Hazırda oxunan: Rusiya MN Kəlbəcərlə bağlı məlumat yaydı

12853

Rusiya sülhməramlı kontingenti növbəti humanitar yük karvanını Dağlıq Qarabağ ərazisində müşayiət edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sülhməramlı kontingenti 2020-ci ilin noyabrında Azərbaycanın nəzarətinə keçən ərazilər arasında yüklərin tranzitini təmin etməyə davam edir.

"Sosial obyektlər və yaşayış binalarının enerji və su təchizatı sistemlərinin bərpası üçün 25 hərbi "Kamaz" avtomobili və müşayiətedici nəqliyyat vasitələrindən ibarət kalon Kəlbəcər bölgəsinə 180 tondan çox yük çatdırıb.

Yük elektrik avadanlığı, beton konstruksiyalar və tikinti materiallarından ibarət olub"- deyə məlumatda qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin