Aprelin 2-də xarici media nümayəndələri Laçın-Xankəndi yolunda keçirilən aksiyanı işıqlandırmaq üçün əraziyə gəliblər.
Bizim.Media xəbər verir ki, Böyük Britaniyadan olan müxbir Eror Aleksandar və serbiyalı fotoqraf Nemanya Knezeviç Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasının gedişi, keçirilmə səbəbləri barədə məlumatlandırılıblar.
Onlar Laçın-Xankəndi yolunda hərəkətin sərbəstliyinin şahidi olub, aksiya ərazisindən çəkilişlər ediblər.
Xarici media nümayəndələri Şuşadakı tarixi məkanlarla, şəhər işğal altında olarkən ermənilər tərəfindən törədilən vandalizmlə də tanış olublar.
Onlara hazırda Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa və yenidənqurma işləri barədə məlumat verilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:15 / 02.04.2023
Xarici jurnalistlər Xankəndi-Laçın yolunun açıq olduğuna şahidlik etdilər - FOTO
Hazırda oxunan: Xarici jurnalistlər Xankəndi-Laçın yolunun açıq olduğuna şahidlik etdilər - FOTO
Hazırda oxunan: Xarici jurnalistlər Xankəndi-Laçın yolunun açıq olduğuna şahidlik etdilər - FOTO
128516
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.