11-14 mart 2016-cı il tarixdə Türkiyə Cumhuriyyəti Baş nazirliyində Xaricdə yaşayan Türklər və Qohum Topluluqlar Nazirliyi tərəfindən “Mövlana Mədəni Müdaxilə”x9d proqramı çərçivəsində maliyyələşdirilən Afyon karahisar İcra Hakimiyyəti tərəfindən koordinasiya edilən, Azərbaycan Respublikası Gəncə Dövlət Universiteti, Afyonkarahisar Bələdiyyəsi, Ərazi Milli Təhsil Müdirliyi və “Anadolu Mədəniyyət, Təhsil və Araşdırma Dərnəyi”x9dnin layihə ortaqlığıilə “Mövlanadan Barış və Sevgi Damlaları”x9d adlı layihə həyata keçirilib.
Layihə zamanı Gəncə Dövlət Universitetini dörd müəllim-qrup başçısı İnformatika kafedrasının baş müəllimi Vasif Həsənov olmaqla, İnformatika kafedrasının dosenti Gülmira Verdiyeva, İKT şöbəsinin müdiri Asif Həsənov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Pərviz Adıgözəlov və universitetin bütün fakültələrindən seçilmiş 16 tələbə təmsil edib.
Qrup Layihənin ilk günü İstanbul şəhərində Sultanahmet məscidini, Ayasofyanı, Topkapısarayını, Eminönü meydanını və s. görməli yerləri gəzdikdən sonra Konya şəhərinə yola düşüb. Konya şəhərində heyəti Layihə koordinatoru Göktül Akpınar, Araşdırma-Təkmilləşdirmə əməkdaşı Ömər Bozdağ və Afyonkarahisar İcra Hakimiyyətinin Layihə Hazırlanma və Koordinasiya Mərkəzinin səlahiyyətli şəxsi Həmzə Memiş qarşılamışlar. Axşam yeməyi zamanı Konya Müəllimlər Evinin rəhbərliyi tərəfindən azərbaycanlı qonaqların şərəfinə Azərbaycan bayrağı tələbələrin oxuduğu himn sədaları altında qaldırılaraq türk bayrağının yanında dalğalandırılıb.
Türk qardaşlarımızın olduqca səmimi qarşıladıqları əməkdaşlarımız Mövlana Cəlaləddin Rumi Həzrətlərinin məzarı yerləşən abidəni, Çarşıpazarını, İcra Hakimiyyəti binasını, Səlcuqlu hökmdarı Alaaddin Keykubadın adını daşıyan Alaaddin təpəsini, Səlcuqlu sarayının günümüzə gəlib çatan hissəsini, Köhnə rəsədxananı, Zəfər meydanını, Selimiye məscidini, Şəmsi Təbrizi türbəsini, Meram küçəsini gəzdikdən sonra Konya Səlcuq Universitetini ziyarət etmiş, İqtisadiyyat və idarəetmə fakültəsinə dəvət olunublar. Konya şəhərinin qədim yaşayış məskəni olan Sillekən dini ziyarətlə bərabər, axşama doğru Mövlana Mədəniyyət Mərkəzində hər cümə günü təşkil edilən “Səma nümayişləri”x9d izlənilib. Afyonkarahisarda Sultan Divani Həzrətləri Türbəsi və Mövləvi Muzeyi ziyarətlərindən sonra axşam Türkiyə-Azərbaycan Mədəniyyət gecəsi keçirilib. Tədbir hər iki dövlətin himninin səslənməsi ilə başlanıb. Mədəniyyət gecəsi keçirilən zaman Ankara şəhərindən terror xəbəri gəldiyi üçün musiqili hissə dayandırılıb. Gecədə Afyon karahisar İcra Hakimiyyəti, Bələdiyyə başçısı, Ərazi Milli Təhsil Müdiri və bir çox tanınmış şəxslər iştirak edib. Gecəni layihə rəhbəri Göktül xanım açdıqdan sonra qonaqlar və GDU nümayəndə heyətinin rəhbəri Vasif Həsənov layihə və iki xalqın qardaşlıq münasibətlərindən, onun tarixi əhəmiyyətindən bəhs ediblər. Tələbələr hazırladıqları slaydı nümayiş etdirib və iştirakçılara Gəncədən apardıqları Novruz xonçaları təqdim ediblər.
Heyət layihə əsasında getdikləri hər bir şəhərdə tarixi yerlərlə tanış olub, türk xalqı, onun qədim tarixi, mədəniyyəti haqqında zəngin məlumat əldə ediblər. Şəhər və ali təhsil müəssisələrinin rəhbərlikləri tərəfindən böyük hörmətlə qarşılanaraq, müxtəlif görüşlər keçirilib. Afyon karahisar şəhərində İcra başçısı Hakan Yusuf Günerlə, Afyon Kocatepe Universitetinin rektoru professor Mustafa Solakla, Ankarada Türkiyə Cumhuriyyətinin Baş nazirliyinin Xaricdə yaşayan Türklər və Qohum Topluluklar Nazirliyində Nazirin köməkçisi Sərdar Gündoğanla görüşlər yadda qalan olub. O da məlum olub ki, Afyon Kocatepe Universitetində 100-ə yaxın Azərbaycanlı tələbə təhsil alır və Dövlət Kanservatoriyasında Azərbaycandan bir neçə müəllim çalışmaqdadır.
Görüş zamanı Afyon karahisar şəhər İcra başçısı Hakan Yusuf Güner qeyd edib ki, Mövlana və Mövləvilik mədəniyyəti dünyaya aid olan bənzərsiz dəyərlərimizdən biridir: "Bu gün insanların bir-biriylə düşmənlik etməməsinə ən gözəl cavab verən bir dəyərimizdir. Layihə çərçivəsində sizlərin bura gəlməsi və bu mədəniyyəti yaxından görməsi, izah edilənlər, gördükləriniz və eşitdikləriniz sayəsində Mövlanaya və onun dəyərlərinə bir az daha yaxınlaşdığınıza inanıram. Bu da sizlər üçün böyük bir şans oldu.Mən bu layihənin çox yaxşı nəticələr verdiyini Türk və Azərbaycan arasındakı könül körpülərinin böyüdüyünü düşünürəm”x9d.
Afyon Kocatepe Universitetinin rektoru professor Mustafa Solakisə bildirdi ki, qardaş ölkə Azərbaycanı hədsiz yanımızda və yaxınımızda istəyirik: "Çünki burası sizlərin də ata yurdunuz və ana yurdunuzdur. Biz hər bir ixtisasdan tələbələrin gəlib universitetimizdə təhsil almasını və ya “Mövlana”x9d proqramı kimi proqramlardan yararlanmasını istəyirik”x9d.
Qrupun başçısı Vasif Həsənov hər bir görüşdə rektor Yusif Yusibovun salamını çatdırmaqla bərabər, səfərlərinin olduqca faydalı olduğunu vurğulayıb, təşəkkürünü bildirərək türk qardaşlarımızın da qədim Gəncə şəhərində, Gəncə Dövlət Universitetində olmalarını arzulayıb.
Görüşlərdə tələbələrdən bir neçəsi söz alaraq Türkiyədə olmadıqlarını, Türkiyəyə gəlməyi isə bir xəyal kimi düşündüklərini dilə gətiribər. Ümumiyyətlə, xarici ölkələrdən ilk səfərlərinin qardaş Türkiyə olduğundan məmnun qaldıqlarını vurğulayıb bu layihənin təşkilatçılarına öz minnətdarlıqlarını bildiribər.
Ankara görüşlərindən sonra dörd günlük səfər başa çatıb heyət yüksək əhval-ruhiyyə və zəngin təəssüratla Vətənə qayıdıb.


































































































