Avstraliyanın paytaxtında Novruz tədbiri

Hazırda oxunan: Avstraliyanın paytaxtında Novruz tədbiri

128467
23 mart 2016-cı il tarixində Avstraliyanın paytaxtı Kanberra şəhərində “Hellenic Club”x9dda Səfirlik tərəfindən “Azərbaycan günü”x9d adlı Novruz bayramına həsr edilmiş xa0tədbir keçirilib. Tədbirdə 300 nəfərdən çox qonaq iştirak edib.



Beynəlxalq Qadınlar Klubu (Women”™s International Club) ilə əməkdaşlıq çərçivəsində Səfirlik tərəfindən təşkil olunmuş tədbirə qatılan qonaqlara ölkəmizin turizm imkanlarını, tarixini özündə əks etdirən video çarxlar nümayiş etdirlikdikdən sonra, səfirliyin əməkdaşları Araz Xasıyev və Ləman Xasıyeva tərəfindən Azərbaycana aid geniş təqdimat həyata keçirilib. Təqdimat zamanı iştirakçıların çoxsaylı sualları cavablandırılıb.



Təqdimatdan sonra avstraliyalı rəqqasə Körsti Dunkanın ifasında bir neçə milli Azərbaycan rəqsi nümunəsi, daha sonra isə tarda Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət nümunələr qonaqlara tədim edilmiş, Mədəniyyət və Turizm nazirliyi tərəfindən hazırlanmış iyirmidən çox müxtəlif səpkili broşür və məlumat kitabçaları, Novruz bayramı ilə əlaqədar olaraq hazırlanmış milli şirniyyat nümunələri təqdim olunub, milli geyim dəstləri, əl işi xalçalar, qədim Azərbaycan qonaq otağı, azərbaycanlı rəssamların əsərlərindən ibarət qarışıq sərgi nümayiş etdirilib.



Qonaq qismində tədbirdə diplomatik korpusun, Kanberrada fəaliyyətl göstərən xa0qadın təşkilatlarının, ictimaiyyət nümayəndələri iştirak ediblər.



Tədbir iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Avstraliyanın paytaxtında Novruz tədbiri
 Avstraliyanın paytaxtında Novruz tədbiri
 Avstraliyanın paytaxtında Novruz tədbiri
 Avstraliyanın paytaxtında Novruz tədbiri
 Avstraliyanın paytaxtında Novruz tədbiri
 Avstraliyanın paytaxtında Novruz tədbiri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin