Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qətər Dövlətinin Azərbaycandakı səfirliyi ilə birgə ölkəmizin bioloji müxtəlifliyinin inkişafına dəstək məqsədilə adı "Qırmızı Kitab"a düşən Şahin quşlarının Siyəzən və Şabran rayonları ərazisində vəhşi təbiətə buraxılışını həyata keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev məlumat yayıb.
Məlumata görə, bu gün keçirilən tədbirdə Qətər dövləti tərəfindən təqdim olunmuş 50 ədəd Şahin quşu təbii areallarına buraxılıb və tədbir Azərbaycanda "Qırmızı Kitab"a düşən və sayı azalan növlərin bərpasına, bioloji müxtəlifliyin qorunmasına, növlərin populyasiyalarının sabitləşməsinə töhfə vermək, bu sahədə dayanıqlı inkişafı dəstəkləmək məqsədi daşıyır.
Xidmət rəsmisi, tədbirdə Ekologiya və Təbii Sərvətlər nazirliyinin rəsmilərinin, həmçinin Qətər Dövlətinin Azərbaycandakı səfiri Feysal bin Abdullah Al Hinzab, Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) Bakı ofisinin rəhbəri Elşad Əsgərov, Azərbaycan Ornitoloji Cəmiyyətinin sədri Elçin Sultanovun və Qətər Dövlətindən ölkəmizə gələn qonaqların iştirak etdiyini də vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:20 / 01.04.2023
Ölkəmizdə \"Qırmızı Kitab\"a düşən 50 şahin quşu təbiətə buraxıldı - FOTO
Hazırda oxunan: Ölkəmizdə \"Qırmızı Kitab\"a düşən 50 şahin quşu təbiətə buraxıldı - FOTO
Hazırda oxunan: Ölkəmizdə \"Qırmızı Kitab\"a düşən 50 şahin quşu təbiətə buraxıldı - FOTO
128457
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.