Goranboyda kütləvi qarətlə məşğul olan şəxslər SAXLANILDI 

Hazırda oxunan: Goranboyda kütləvi qarətlə məşğul olan şəxslər SAXLANILDI 

128441

Goranboy rayonunda evlər qarət olunub. 

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, rayon ərazisindəki evlərin birindən 7000 manat pul və qızıl-zinət əşyaları oğurlanıb. 

Goranboy rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakinləri R.Bayramov və R.Rüstəmov saxlanılıblar. 

Araşdırmalarla R.Bayramovun daha bir evdən 9600 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən olunub. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin