Türkiyənin “Anadolu” agentliyi Azərbaycanın işğaldan azad olunmuş ərazilərindən “Qarabağda dağıdılmış qəbirlər: erməni vandallığının şahidləri” adlı fotoreportaj hazırlayıb.
Bizim.Media-nın məlumatına görə, reportajda Dağlıq Qarabağın və yeddi ətraf rayonunun işğalı nəticəsində Ermənistan silahlı qüvvələrinin nəinki yaşayış məntəqələrini, həm də azərbaycanlıların qəbiristanlıqlarını dağıtdıqları bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Ermənilər Ağdam məzarlığını əkin sahəsinə çevirib - VİDEO
Qeyd edilib ki, dağıntıları tam mənzərəsi yalnız Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsindən sonra aydın olub.
«Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Ağdam rayonlarında yaşayış məntəqələri tamamilə dağıdılıb və bu gün “kabus şəhərləri” xatırladır. Bu rayonlardakı qəbiristanlıqlar da viran edilib»-deyə vurğulanıb.
Bildirlib ki, işğalçılar məqsədyönlü şəkildə türkləri xatırladan hər şeyi məhv etməyə çalışırıblar.
Bizim.Media