Son illər bölgələrdən Bakıya axının qarşısını almaq üçün müxtəlif tədbirlər görülüb. Bu istiqamətdə regionların inkişafına yönəlik bir sıra proqramlar qəbul edilib. Amma buna rəğmən yenə də əhali dolanışıq üçün rayonlardan paytaxta üz tutmaqda davam edir.
Bakı şəhəri bölgə sakinlərini yenə də özünə cəlb etməkdədir. Bütün bunlar onu göstərir ki, sözügedən istiqamətdə qəbul edilən dövlət proqramları ciddi effekt vermir.
Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirir ki, bölgələrin inkişafına yönəlik dövlət proqramları pul qazandırmadığından əhali yenə də Bakıya axışmaqda davam edir:
“Bölgələrdə istənilən biznesə bağlı proqramların icrası ilə çəkilən zəhmətin bəhrəsini götürmək mümkün deyil. Azərbaycanda büdcə məvacibləri və təqaüdlərindən ən təhlükəli dərəcədə asılılıq var. 70 faizdən yuxarı əhali ya pensiya, ya da maaş alır.
Yəni dolanışıq stabil, hökumət tərəfindən verilən “subsidiya” əsasında əldə edilir. Biznes tamamlana bilmir. Kəndçi tarlasını şumlaya bilmir, su məsələsi problem olaraq qalır.
Məşğulluq olsa, Bakı şəhərinin əhalisinin özü rayonlara işləməyə gedər. Bu günə qədər regionların inkişafı ilə bağlı qəbul edilən proqramlar yerli sakinlərin gəlir əldə etməsinə stimul yaratmayıb. Ona görə də rayonlardan Bakıya axın davam edir”.
Həmsöhbətimizə görə, bu istiqamətdə icra mexanizmləri hərəkətə gətirilməyincə, problemin həlli mümkün olmayacaq:
“Yerli icra başçıları, Prezidentin xüsusi nümayəndələri təsərrüfatçıl və vətəndaş mövqeli məmurlar olsalar, icra mexanizmini hərəkətə gətirsələr, bu problemi də həll etmək mümkün olar. Bunlar olmayınca, regionlardan paytaxta köçün qarşısı alınmayacaq”.
Rüfət Sultan
- A-
- A
- A+
Cəmiyyət
14:00 / 01.04.2023
Məşğulluq olsa, Bakının əhalisi rayonlara işləməyə gedər – Paytaxta axının SƏBƏBLƏRİ
Hazırda oxunan: Məşğulluq olsa, Bakının əhalisi rayonlara işləməyə gedər – Paytaxta axının SƏBƏBLƏRİ
Hazırda oxunan: Məşğulluq olsa, Bakının əhalisi rayonlara işləməyə gedər – Paytaxta axının SƏBƏBLƏRİ
128394
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.