11 dəqiqəlik sürətli gəzinti bu xəstəliklərin qarşısını alır - ARAŞDIRMA

Hazırda oxunan: 11 dəqiqəlik sürətli gəzinti bu xəstəliklərin qarşısını alır - ARAŞDIRMA

128370

Hər gün 11 dəqiqə sürətlə gəzmək vaxtından əvvəl baş verən hər 10 ölümdən birinin qarşısını ala bilər.

Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, Böyük Britaniyanın Kembric Universitetində aparılan araşdırma bunu göstərib. 

Nəticəyə görə, sürətli yerimək, rəqs etmək, velosiped sürmək, tennis oynamaq və ya gəzmək vaxtından əvvəl ölüm, ürək-damar xəstəlikləri və bəzi xərçəng xəstəliyi növlərinin riskini əhəmiyyətli dərəcədə azalda bilər.

Tədqiqatda qeyd olunub ki, hər gün 11 dəqiqəlik sürətli gəzinti həftədə 75 dəqiqə orta intensivlikdə fiziki fəaliyyətə bərabərdir.

Bu da hər vaxtından əvvəl baş verən 10 ölümdən birinin qarşısını ala bilər.

İngiltərənin Milli Sağlamlıq Sistemi (NHS) hər həftə ürək döyüntüsünü artıran 150-300 dəqiqə fiziki fəaliyyət və ya həftədə 75-150 dəqiqə tənəffüs sürətini artıran güclü fəaliyyət göstərməyi tövsiyə edir.

Aygün İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin