Dövlət Ekoloji Təhlükəsizlik və Meşələrin İnkişafı Xidmətlərinin əməkdaşları keçirilən nəzarət tədbirləri zamanı Bərdə meşəbəyliyinin 1 saylı dolayında qanunsuz şumlama işlərinin aparıldığını və nəticədə ağac və kol bitkilərinin məhv edildiyini müəyyən edib.
Bizim.Media xəbər verir ki, bu barədə Xidmət rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.
Bildirilib ki, aparılan araşdırma zamanı ağac və kolların Ağdam rayonu, İsmayılbəyli kənd sakini Həsən Həsənov tərəfindən məhv edildiyi məlum olub.
O qeyd edib ki, faktla bağlı akt tərtib edilib: “Meşə təsərrüfatına dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar Baş Prokurorluğa göndərilməsi üçün hazırlanır”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
05:33 / 01.04.2023
Bərdədə qanunsuz şumlama işləri: Ağac və kol bitkiləri məhv edilib
Hazırda oxunan: Bərdədə qanunsuz şumlama işləri: Ağac və kol bitkiləri məhv edilib
Hazırda oxunan: Bərdədə qanunsuz şumlama işləri: Ağac və kol bitkiləri məhv edilib
128330
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.