31 mart - Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar səhər saatlarından indiyədək Qubadakı "Soyqırımı Memorial Kompleksi"ni 11 min 500 nəfər insan ziyarət edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, paytaxt Bakıdan, respublikanın ayrı-ayrı rayonlarından, şimal bölgəsindən gələn insanlar, ayrı-ayrı idarə və müəssisələr kollektiv şəkildə Quba "Soyqırımı Memorial Kompleksi"nə gələrək onların xatirəsini anmağı özlərinə borc biliblər.
Kompleksdən verilən məlumata görə, anım saatları gün ərzində davam edəcək.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu