1000-dən çox şəxs övladlıq götürmək üçün müraciət EDİB

Hazırda oxunan: 1000-dən çox şəxs övladlıq götürmək üçün müraciət EDİB

128207

2020-ci ildən bu günə qədər 1002-dən çox şəxs övladlıq götürməyə görə müraciət edib.

Bizim.Media xəbər verir ki, Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə departamentinin müdiri Cavid Şahmalıyev "Sosial saat"da deyib.

O bildirib ki, son 3 ildə 387 uşaq övladlığa verilib:

"Onlardan 152-si 0-1 yaş arası, 83-ü 2-3, 63-ü 4-6, 63-ü 6-11, 26-sı isə 12-18 yaş arası uşaqlardır. Təəssüf ki, bu günə qədər övladlığa verilən uşaqlar arasında əlilliyi olan uşaq olmayıb. Bizdə əlilliklə bağlı ciddi miflər var. Valideynlər elə bilirlər ki, əlillik idarəolunmaz prosesdir.
Halbuki bu, belə deyil. Biz beynəlxalq təcrübələri öyrənmişik. Əlil uşaqları övladlığa götürən ailələrə ayda 600 manat müavinət verilir. Bundan başqa, uşağın özünün də əlilliyə görə pensiyası olur. Valideynlər bilsin ki, əlil uşağın övladlığa götürülməsinə görə dövlət tərəfindən ailəyə təxminən 1000 manat ödənilir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin